Ölkəmizdə genişzolaqlı internetin sürəti barədə beynəlxalq hesabatlarda müsbət dinamika görünür
16.10.2024

2024-cü ilin sonuna az qaldı. “Online Azərbaycan” layihəsi Azərbaycanı beynəlxalq indekslərdə müsbətə çıxarda bilirmi? Ölkəmizdə genişzolaqlı internetin sürəti barədə beynəlxalq hesabatlarda müsbət dinamika görünür.

“Ookla” şirkəti tərəfindən təqdim edilən hesabata nəzər yetirək.

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın sentyabr ayı üzrə hesabatına görə, Azərbaycanda genişzolaqlı internetin sürəti 12 ayda artaraq orta hesabla 52,06 Mbit/s-i keçib. Bu, illik sürətin 78% artımı deməkdir. Bundan əlavə Azərbaycan beynəlxalq reytinqdə 9 pillə irəliləyək 95-ci yerdə qərarlaşıb.

Qeyd edim ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Onlayn Azərbaycan” layihəsini artıq tamamlamaq üzrədir. Layihə çərçivəsində 2024-cü ilin 8 ayı ərzində Azərbaycanda 0.98 milyon ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Ümumilikdə ölkədə 2,9 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Layihə müddətində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 13 dəfə artaraq 97%-ə yüksəlib.

AİKTSA sədri Elvin Abbasov