Azərbaycanla hər zaman bir olmağa davam edəcəyik
18.10.2024

Türkiyə Milli Müdafiə Nazirliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib.

Visiontv.az xəbər verir ki, paylaşımda deyilir:

“Qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü təbrik edir və Azərbaycan xalqını ürəkdən salamlayırıq. Biz “bir millət, iki dövlət” şüarı ilə hər zaman qardaşlarımızla bir olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

Türkiyə Müdafiə Nazirliyi: Azərbaycanla hər zaman bir olmağa davam edəcəyik