ABŞ prezidenti Donald Tramp, administrasiyasının artıq Rusiya və Ukraynadan atəşkəs təklifinə müsbət cavab aldığını bildirib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Tramp bu haqda cümə günü ABŞ Ədliyyə Nazirliyində çıxışı zamanı deyib.
"Biz Rusiya tərəfindən də atəşkəs əldə etmək istəyirik. Və bununla bağlı çox yaxşı müzakirələr apardıq. Çox yaxşı cavablar aldıq", - o bildirib.