Azərbaycan şahmatçısı Teymur Rəcəbov ölkə çempionatında mübarizəni davam etdirməyəcək.
Visiontv.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə Şahmat Federasiyası məlumat yayıb.
Rəcəbov bununla bağlı ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.
Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib.