24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı AİKTSA sədri, İT üzrə ekspert Elvin Abbasovdur. O, cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirləridanışıb.
Cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən xüsusi olaraq nələrə diqqət etmək lazımdır?
Mobil tətbiqlərdəki proqramlar, fərdin şəxsi məlumatları və digər tətbiqlərin (bank proqramları və s.) təhlükəsizliyi üçün çox vacib məqamdır. Əvvəla, tövsiyə olunur ki, telefona yüklənən proqramlar birbaşa olaraq, Google Play və App store-dan yüklənilsin.
Həmçinin telefondakı proqramlara müxtəlif versiyaları üçün yenilənmələr gəldikcə onlar mütləq olaraq, daimi şəkildə yenilənməlidir. Əgər fərd hansısa tətbiqi, ümumiyyətlə, istifadə etmirsə, həmin tətbiqi silməlidir. Bu məsələlər üzərində bir çox analoji təcrübələr aparılıb və məlum olub ki, bir çox proqramlar, xüsusilə də, telegram və whatsApp+ tətbiqlərindən istifadə zamanı başqa viruslu tətbiqlərə, həmçinin bank tətbiqlərinə öz-özünə keçid baş verə bilir. Bu da şəxsin bank məlumatlarına təhlükə yarada biləcək böyük amildir. Bu tip sadaladığım məsələlərə diqqət etməklə hər bir vətəndaş şəxsi məlumatlarının qorunmasına nail ola bilər.