Cari ildə məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin ilkin proqnoz göstəricisi ilə müqayisədə ilin sonuna icranın 164,1 mln. manat çox olması gözlənilir. Növbəti ildə bu mənbədən proqnozlaşdırılan gəlirlər 2023-cü ilin icra, 2024-cü ilin gözlənilən icra göstəricilərinə münasibətdə müvafiq olaraq 15,5% və 6,3% çoxdur.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Qeyd edək ki, ümumilikdə bu ilin sonuna məcburi dövlət sosial sığorta haqları üzrə büdcədən maliyyələşən təşkilatlardan 1 milyard 901 milyon manat, qeyri-büdcə təşkilatlarından isə 3 milyard 741.2 milyon manat vəsait daxil olması proqnozlaşdırılır.
Xatırladaq ki, bu mənbədən daxilolmaların cari il üzrə proqnozu 5 milyard 478.1 milyon manat idi.