Zaxarova canlı efirdə telefon zənginə cavab verməsinə aydınlıq gətirib
21.11.2024

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı canlı efirdə telefon danışığı ilə bağlı vəziyyətə aydınlıq gətirib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN sözçüsü bildirib ki, həftəlik canlı brifinq zamanı ona telefon zəngi şərhlərdən birinin mövzusunu ekspertlərlə aydınlaşdırmaqla bağlı olub:

“Brifinqdən əvvəl internetdə ziddiyyətli materiallarla bağlı suallar var idi. Mütəxəssislərdən bunun bizim mövzumuz olub-olmadığını soruşdum. Cavab brifinq zamanı gəldi - Xarici İşlər Nazirliyi şərh vermir".

Zaxarova Rusiya Xarici İşlər Nazirliyində heç bir intriqanın olmadığının əlavə edib.

Qeyd edək ki, bu gün həftəlik brifinq zamanı canlı efirdə Zaxarovaya telefon zəngi gəlib. O, zəngə cavab verib. Zəng edən şəxsin səsi də efirə düşüb. Belə ki, həmin şəxs Zaxarovaya ballistik raketlərlə bağlı suala şərh verməməyi söyləyib.