Rusiyalı nüvə mütəxəssisləri Buşehr AES-ə geri qayıdacaq
19.06.2026

Rusiyalı nüvə mütəxəssisləri ən qısa zamanda İrana qayıdacaq.

“Fars”ın xəbərinə görə, bunu İran energetika nazirinin müavini Mostafa Rəcəbi Məşhədi deyib.

Onun sözlərinə görə, Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı ilə görüşündə bununla bağlı razılıq əldə olunub.

“Rusiyalı nüvə mütəxəssisləri ən qısa zamanda Buşehr Atom Elektrik Stansiyasının ikinci və üçüncü fazalarının tikintisini davam etdirmək üçün İrana qayıdacaq”, - nazir müavini bildirib.

Qeyd edək ki, bundan əvvəl  ABŞ-İsrail və İran arasında gedən müharibə zamanı Buşehr  AES-də fəaliyyət göstərən rusiyalı mütəxəssislərin əksər hissəsi təxliyə olunub.

visiontv.az