Tehrana hava hücumunda əfqanistanlılar həlak olub
02.04.2026

ABŞ və İsrailin İrana hava hücumları nəticəsində Tehranda yaşayan 13 əfqanistanlı həlak olub.

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, əfqanistanlılar bir neçə gün əvvəl Tehranın 13 Aban küçəsinə hava hücumu zamanı həlak olublar.

Martın 31-də onlarla vida mərasimi keçirilib və Beheşt-i Zəhra qəbristanlığının "Hərəm müdafiəçiləri" bölməsində dəfn olunublar.

Qeyri-rəsmi məlumatlara görə, həmin şəxslər əfqanistanlı şiələrdən ibarət SEPAH-a bağlı "Fatemiyyun" silahlı qruplaşmasının üzvləri olublar.

visiontv/az