Çeçen qüvvələri İrana dəstək üçün bu ölkəyə yerləşə bilər
02.04.2026

İranın “Press TV” telekanalı xəbər verib ki, Çeçenistanın rəhbəri Ramzan Kadırova sadiq hərbi bölmələr ABŞ və İsrailin İrana qarşı mümkün quru əməliyyatı həyata keçirməsi halında İran Silahlı Qüvvələrinə dəstək vermək üçün bu ölkəyə yerləşməyə hazır olduqlarını bəyan ediblər.

Məlumatda qeyd olunur ki, çeçen bölmələri hazırkı ABŞ-İsrail-İran qarşıdurmasını “dini müharibə” və “İslam dünyasını sabitsizləşdirməyə yönəlmiş təcavüzə qarşı mübarizə” kimi dəyərləndirirlər.

Bildirilir ki, mümkün müdaxilə İranın suverenliyinin müdafiəsi üçün “cihad” – xeyirlə şər arasında mübarizə kimi təqdim olunur.

Press TV-nin açıqlamasına görə, çeçen hərbi birləşmələri ABŞ quru qoşunları hücum edəcəyi təqdirdə İran ərazisinə göndərilməyə və döyüş əməliyyatlarında iştirak etməyə hazır olduqlarını açıqlayıblar.

visiontv.az