Tehran Vaşinqtona şərt qoydu: Hörmüzlə bağlı 5-ci maddə icra edilməlidir
26.08.2026

ABŞ-nin İranla imzaladığı anlaşma memorandumuna, o cümlədən Hörmüz boğazının idarə olunmasına dair bəndin icrasına sadiq qalması Tehranın Vaşinqton nümayəndələri ilə dolayı danışıqların bərpası üçün şərtidir.

Visiontv.az  bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.

Agentliyin mənbələrinə görə, Pakistan ordusunun baş komandanı  Asim Munirin Tehrana səfəri zamanı ona İranın mövqeyi çatdırılıb:

"Vaşinqtonun İslamabad sazişinə (anlaşma memorandumuna) qayıtması və onun müddəalarının, o cümlədən İranın Hörmüz boğazını idarə etməsi haqqında 5-ci maddənin icrası İslam Respublikasının dialoqun bərpası üçün əsas şərtlərindən biridir".

Qeyd olunur ki, Pakistan tərəfi bu mövqeyi  ABŞ-yə çatdırmağa çalışır.

Bildirilir ki, Munirin İran rəhbərliyi ilə görüşləri zamanı Pakistan Silahlı Qüvvələrinin baş komandanı  ABŞ-dən Tehrana ünvanlanmış heç bir təhdid və ya oxşar mesaj ötürməyib, əksinə, danışıqların bərpası və davam etdirilməsi üçün şərait yaratmağa çalışıb.

visiontv.az