Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
26.08.2026

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə paylaşım edilib.

 Paylaşımda deyilir:

"Sabah" futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA  Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.

Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması  Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.

"Sabah" klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!" 

Qeyd edək ki, ötən gün  Azərbaycan çempionu “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşıb. "Sabah" İsrail təmsilçisini məğlub edərək adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırıb.

visiontv.az