Tehran valisi: Çənlərin məhv edilməsi nəticəsində 80 milyon litrədək yanacaq itirilib
27.04.2026

Tehran valisi Mohammadsadegh Motamedian bildirib ki, bu ilin əvvəlində yanacaq saxlama çənlərinin məhv edilməsi nəticəsində 80 milyon litrədək yanacaq itirilib.

O, su, elektrik, qaz və yanacaq istehlakına qənaət üçün ictimai iştirakın vacibliyini vurğulayıb.

Mötənedian qeyd edib ki, fərdi nəqliyyatdan istifadənin azalması və ictimai nəqliyyatdan istifadənin artması səbəbindən yanacaq istehlakı təxminən 50% azalıb. O əlavə edib ki, heç bir yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırmağa məcbur qalmayıb.

visiontv.az