Təhlükəszlik məmurlarının saxladığı zənganlı idmançıdan xəbər yoxdur
17.09.2024

Bir neçə gün öncə həbsdən buraxılan milli fəal Kərim İsmayılzadənin görüşünə gələn və Təbrizdən qayıdan vaxt təhlükəsizlik məmurları tərəfindən saxlanılan zəncanlı idmançı, boksçu Sina İsmayılzadə barədə məlumat əldə etmək mümkün deyil.

Bu barədə insan haqları fəalları onun yaxınlarına istinadən məlumat yayıblar.

Bildirilib ki, Sina İsmayılzadənin Zəncanın təhlükəsizlik idarəsinə aparıldığı ehtimal olunsa da, rəsmi qurumlar bunu təsdiqləməkdən və gənc idmançının harada saxlanıldığı barədə məlumat verməkdən imtina edirlər.

Qeyd edək ki, Kərim İsmayılzadə 6 aylıq həbs cəzasını çəkdikdən sonra sentyabrın 5-də sərbəst buraxılıb.

Təhlükəsizlik məmurlarının onun görüşnə gedən bir neçə milli fəala təhdid mesajları göndərdikləri deyilir.

visiontv.az