Təbriz səmasında sirli işıqlar: Saatlarla davam edən fenomen sakinləri çaşdırdı
15.06.2026

Şahidlərin məlumatına görə, son bir neçə saat ərzində Təbriz səmasında qeyri-adi işıq fenomeni müşahidə edilib. Bildirilir ki, eyni görüntülər təkcə Təbrizdə deyil, ətraf kəndlərdə, eləcə də Urmiya, Sərab və Mərənd kimi şəhərlərdə də qeydə alınıb.

Vətəndaşların sözlərinə görə, səmada görünən işıqlar ildırımı xatırlatsa da, adi atmosfer hadisələrindən fərqli olaraq heç bir səs eşidilməyib. Parıltıların bir neçə saat ərzində fasilələrlə davam etdiyi bildirilir.

Hadisənin şahidləri bu görüntülərin bölgədə nadir hallarda müşahidə edildiyini qeyd edərək fenomenin səbəbi ilə bağlı müxtəlif ehtimallar irəli sürüblər.

visiontv.az