ABŞ administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər.
Bu barədə amerikalı jurnalist Taker Karlson “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Onun iddiasına görə, mümkün zərbənin hədəfi İranın mərkəzində yerləşən Pikaks dağı ola bilər. Karlson İsrail kəşfiyyatının İran hökumətinin həmin ərazidə nüvə proqramını yenidən bərpa etdiyini iddia etdiyini yazıb.
Jurnalistin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın nüvə silahından istifadə ilə bağlı qərarı noyabrın 7-dək verilə bilər.
Karlson iddia edir ki, ABŞ-ın adi silahları nüvə obyektlərinin yerləşdiyi ehtimal olunan, 90 metr qalınlığında qranit təbəqəsini deşib keçə bilmir.
Onun sözlərinə görə, Rusiya ən azı iki ölkəni xəbərdar edib ki, ABŞ-ın İrana nüvə zərbəsi endirməsi Moskvanın Ukraynaya qarşı analoji silahdan istifadə etməsi üçün yol aça bilər.
visiontv.az