“Suriya və İraqın şimalında heç bir terror təşkilatına qətiyyən imkan verməyəcəyik”
Videonu Aç
07.12.2023

“Tel-Rıfat başda olmaqla terrorçuların toplaşdığı sərhəddimizə yaxın əraziləri də gec-tez təhlükəsiz vəziyyətə gətirəcəyik.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti iclasından sonra xalqa müraciətində bildirib.
Prezident Rəcəb Ərdoğan “Türkiyənin cənubunda, Suriya və İraqın şimalında terror təşkilatına qətiyyən imkan verməyəcəyik” dedi.

Hökumət olaraq Türkiyənin parlaq gələcəyi, bölgənin sülhü və rifahı üçün çalışmağa davam etdiklərini söyləyən Ərdoğan, Nazirlər Kabinetinin son iclasından sonra xüsusilə xarici siyasətdə həqiqətən də sıx bir gündəmi geridə qoyduqlarını vurğulayıb. 

İlahə Əliyeva