Sistan və Bəlucistanda əməliyyat keçirilib: Ölənlər var
24.04.2026

SEPAH və təhlükəsizlik qüvvələri Sistan və Bəlucistan əyalətinin Rask şəhərində əməliyyat keçirib.

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, "Ceyş əl-Ədl" silahlı qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı bir neçə nəfər həlak olub.

Qruplaşma üzvlərindən çox sayda silah-sursatın götürüldüyü bildirilib.

Ölənlərin kimliyi və sayı barədə açıqlama verilməyib.

visiontv.az