Millət vəkili müxaliflərin vətəndaşlığının ləğv edilə biləcəyini bildirib
23.04.2026

İrana qarşı müharibəyə dəstək verən və ABŞ-İsraillə əməkdaşlıq edən şəxslərin vətəndaşlığının ləğv edilməsi mümkündür.

Bunu İran parlamentinin Mədəniyyət Komissiyasının üzvü Həsənəli Əmiri Əxlaqi deyib.

O, "Casusluq və Sionist Rejimlə (İsrail) Əməkdaşlığa görə Cəzaların Artırılması Qanunu"na əsasən müxaliflərə qarşı daha ciddi tədbirlər görülməsinə çağırıb.

Qeyd edək ki, son 1 ay ərzində İran məhkəmə sistemi İslam Respublikasına müxalif olan 500-dən çox iranlının, o cümlədən idmançıların, sənətçilərin, jurnalistlərin və media fəallarının əmlak və aktivlərini müsadirə edib.

visiontv.az