Sibiqa: İran raketinin qalıqları İsraildə Ukrayna səfirliyinin yaxınlığına düşüb - FOTO
31.03.2026

İranın kaset tipli raketinin qalıqları İsraildə Ukrayna səfirliyinin yaxınlığına düşüb.

Visiontv.az  APA -ya istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri  Andrey Sibiqa məlumat verib.

Onun sözlərinə görə, raketin qalıqları diplomatik nümayəndəliyin cəmi 30 metrliyinə düşüb, xəsarət alan olmayıb.

“Bu hadisə bir daha göstərir ki, İran rejimi bölgədə hər kəs üçün təhlükə yaradır. Onlar yalnız Vyana Konvensiyasına deyil, həm də insan həyatı ilə bağlı əsas normalara hörmət etmirlər”, – nazir bildirib.

Ukrayna  XİN  rəhbəri hadisənin baş verdiyi ərazidən fotonu da paylaşıb.

visiontv.az