İranda iki siyasi məhbus edam edildi
31.03.2026

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, 57 yaşlı Əkbər Daneşvərkar və 59 yaşlı Məhəmməd Təqəvi Səngdehi Tehranın Evin həbsxanasında dar ağacından asılıblar.

Siyasi məhbusların İran hökumətinə müxalif olan siyasi təşkilata üzv olduqları üçün edam edildikləri bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Mai Sato onların işi ilə bağlı xəbərdarlıq etmiş, etiraflarının işgəncə və təkadamlıq kamerada alındığını bildirmiş və ölüm hökmünün dərhal ləğv edilməsinə çağırmışdı.

visiontv.az