SEPAH-ın “İmam Əli” qərargahının komandir müavini Qulam Hüseyn Qeybpurun şübhəli ölümü
17.07.2025

İranın daxili mediası çərşənbə günü SEPAH-ın əsas şəhər təhlükəsizlik qurumu olan “İmam Əli” qərargahında komandir müavini vəzifəsində çalışan Sərdar Qulam Hüseyn Qeybpururun qəfil ölümü haqqında xəbər yayıb.

SEPAH-a yaxın “Tasnim” agentliyi onun ölüm səbəbini “İran-İraq müharibəsində aldığı kimyəvi zədələrin fəsadı” kimi göstərib.

Lakin qeyri-rəsmi mənbələr iddia edir ki, Qeybpururun ölümü, “12 günlük müharibədən sonra” başlayan zəncirvari partlayışlar çərçivəsində həyata keçirilmiş mümkün bir hədəfli əməliyyatla bağlı ola bilər. Hələlik bu məlumat rəsmi dairələr tərəfindən təsdiqlənməyib.

visiontv.az