SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir
19.10.2026

İslam Respublikası Yəməndəki Husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb və Səudiyyə Ərəbistanına və Yəmən hökuməti ilə əlaqəli qüvvələrə qarşı bəzi raket və pilotsuz təyyarə hücumlarının istiqamətləndirilməsində iştirak edib.

Bu barədə Wall Street Journal qəzeti məlumat yayıb.

Məlumatına görə, Səudiyyə Ərəbistanının təhlükəsizlik kəşfiyyatı və Husi əleyhinə koalisiya ilə tanış mənbələr bildiriblər ki, bu dəstəyə məlumat ötürülməsi, hərbi təlim, taktiki məsləhət və hədəflərin seçilməsinə kömək də daxildir. Husi hərəkatına müxalif bir rəsmi də SEPAH zabitlərinin cəbhə xəttində olduğunu və dron və raket hücumlarının istiqamətləndirilməsində iştirak etdiyini iddia edib.

visiontv.az