SEPAH generalı ABŞ tərəfindən axtarışa verildi
24.12.2025

ABŞ Federal Təhqiqat Bürosu (FTB) Səid Təvəkkoli adlı İran vətəndaşını SEPAH-ın Qüds qanadı ilə əlaqəli fəaliyyətlər üzrə axtarılan şəxslər siyahısına əlavə edib.

Məlumata görə, Təvəkkoli, “general Əmmar” ləqəbi ilə tanınır və Qüds qanadının 11000-ci Diviziyasının rəisi olub. O, iranlı müxaliflərə, jurnalistlərə, İsrail vətəndaşlarına və hazırkı və keçmiş ABŞ rəsmilərinə qarşı gizli kəşfiyyat əməliyyatlarına və ö*ümcül hücumlara rəhbərlik etməkdə ittiham olunur.

ABŞ rəsmiləri qeyd edir ki, Təvəkkolinin rəhbərlik etdiyi şəbəkə Avstraliya, Yunanıstan, Almaniya və Meksika da daxil olmaqla bir neçə ölkədə te*ror aktları planlaşdırmağa cəhd edib. FTB onun harada olduğu barədə məlumatı olan hər kəsi yerli ofislə, yaxud ən yaxın ABŞ səfirliyi və konsulluğu ilə əlaqə saxlamağa çağırır.

visiontv.az