Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan milli fəal Cavad Fəthlu 6 ay həbs cəzasına məhkum edilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
"Cavad Fəthlu 12 günlük İran-İsrail müharibəsi zamanı sosial mediada hökuməti müharibənin balamasına səbəb olan hərəkətlərdə ittiham edən tənqidi paylaşımlarına görə cəzalandırılıb",- məlumatda bildirilib.
Qeyd edək ki, C.Fəthlu bundan əvvəl 2022-ci ilin kütləvi etiraz aksiyaları zamanı da həbs edilmişdi.
visiontv.az