Səmədabad kəndinin sakinləri suallarına "Açıq mikrofon"da cavab tapdılar
05.03.2024

"Oğlum üçün yeni massivdə ev tikmişik. Amma həmin məhəllədə qaz xəttinin olmaması işimizi çox çətinləşdirir. Bura gəlməyimin də səbəbi budur ki, o əraziyə qaz çəkilməsində bizə köməklik edəsiniz".

Bu sözləri Yevlax rayonunun Səmədabad kənd sakini Qərənfil Əzizova "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib. Eldəniz Hüseynov və Araz İsmayılovun da müraciəti genişlənən əraziyə küçə qaz xəttinin çəkilişi ilə bağlı olub. Kənd sakinləri İsrail Məmmədzadə, Mübariz Bədəlov və İlham Rəhimov isə qaz xəttinin yerinin dəyişdirilməsini xahiş ediblər.Fərdi qaz tənzimləyicinin əvəzlənməsini istəyən Elşən Əşrəfovun da müraciəti qeydiyyata alınıb. Vətəndaşların ünvanladıqları bütün suallar Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb, sakinlərə ətraflı izahatlar verilib.

visiontv.az