Sebastian Kurts: İran müharibəni klassik üslubda aparmır
12.03.2026

BMT-nin zəruriliyinə dəlalət edən amillər hamı üçün qəbul edilir.

Bunu  Avstriyanın sabiq Kansleri Sebastian Kurts XIII Bakı Qlobal Forumunda “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət, Yeni Məsələlər, Yeni Çağırışlar” adlı panel müzakirədə deyib.

O bildirib ki, bu gün İran artıq müharibəni klassik üslubda aparmır: “Bu gün İranın apardığı müharibə daimi hədə kimi qalır. Sual odur ki, bu kimi hallara qarşı legitim addım nə olmalıdır? Bu gün ortaya çıxan çətinliklər tamamilə yeni formadadır. Ümumiyyətlə, raket hücumu realist ssenari kimi ortaya çıxıb. Bu gün hava limanlarına olan hücumları görürük, infrastruktur layihələri ciddi problemlərlə üzləşir”.

visiontv.az