Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sözçüsü Mariya Zaxarovanın “tarixi erməni-rus qardaşlığı” barədə növbəti açıqlamasından da görmək mümkündür.
M.Zaxarova ABŞ Dövlət katibinin köməkçisi C.Obrayenin Ermənistanın Rusiyadan üz döndərdiyi barədə bəyanatına münasibət bildirərkən deyib ki, “bu cür bəyanatlar əsassızdır, iki ölkə arasında əsrlərdir formalaşan əlaqələr Qərbin bütün sınaqlarına tab gətirə biləcək. Tarix boyunca Ermənistana göstərdiyimiz qardaş dəstəyi bundan sonra da davam edəcək”.
Doğrudan da bu çox əcaib məntiqdir. Rusiya milli-etnik baxımdan ruslara ən yaxın, slavyan kökənli qardaş xalq sayılan ukraynalılara qənim kəsilib, onlarla qatı düşmənçilik aparır, ancaq Moskvaya qarşı sayğısız və saymazyana davranan Ermənistanı isə özünə “zorən qardaş” etməyə çalışır. Eynən məşhur “səni sevəcəyəm, sən sevməsən də” deyimində olduğu kimi...
Maraqlıdır, Ermənistan tərəfi Rusiyaya qarşı daha hansı yaramazlığı etməlidir ki, Rusiya rəsmiləri erməniləri “qardaş” adlandırmaq sevdasından əl çəksin?
Yeri gəlmişkən, Azərbaycanın Rusiya ilə sabit, etibarlı müttəfiqlik münasibətlərinə baxmayaraq nə Zaxarova, nədəki digər Rusiya rəsmiləri Azərbaycan haqqında danışarkən heç vaxt “qardaş ölkə”, “qardaş xalq” ifadələrini işlətmirlər.
Bizim daşımız həqiqətən də çox ağırdır. Və o qədər ağırdır ki, Rusiyanın da, İranın da, ABŞ-ın da, Fransanın da “baş”ını ağrıdır.
Məhz bu ölkələrin, bu güclərin Ermənistanla geosiyasi “qardaşlıq” siyasətləri yürütmələri uzun zamandır ki, Cənubi Qafqaza sülhün və haqq-ədalətin gəlişini əngəlləyir.
Bəybala Mirzəyev
visiontv.az