Rusiya XİN üçtərəfli Bəyannaməni gündəmə gətirməsi regionda mövqeyini saxlamağa hesablanıb
Rusiya XİN üçtərəfli Bəyannaməni gündəmə gətirməsi regionda mövqeyini saxlamağa hesablanıb
10.05.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya XİN bəyanat yayaraq 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin aktuallığını saxladiğını vurğulayıb. Qeyd edim ki, üçtərəfli Bəyannamənin şərtləri bəziləri istisna olmaqla nə Rusiya, nə də Ermənistan əməl etmədi. Məhz razılaşmaya əməl edilməməsi nəticəsində ötən il Azərbaycan anti-terror əməliyyatı keçirərək bütövlükdə suverenliyini bərpa etdi.

Artıq Rusiya sülhməramlı qüvvələri də Qarabağı tərk edir. Bəyannamənin 9-ci bəndi isə, nəqliyyat əlaqələrinin xüsusilə, Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edir. Bu yola Rusiyanın nəzarət etməsi qeyd edilib. Ermənistan tərəfi Hazırda Rusiyanın nəzarətinin əleyhinədir. Ümumiyyətlə, 10 noyabr Birgə Bəyannaməsi Qarabağ məsələsi ilə bağlı imzalanmışdı. Qarabağ məsələsi həll edildiyinə görə, Ermənistan da Rusiyanın Zəngəzur yolunda nəzarət etməsinin əleyhinə olduğu üçün üçtərəfli Bəyannamə qüvvədən düşmüş sayılır.

Rusiya XİN bəyanatının əsas hədəfi Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupun fəaliyyətinin davam etməsində maraqlıdır. Artıq buna da əsas yoxdur. Çünki üçtərəfli işçi qrup üç il ərzində heç bir iş görə bilmədi. Bu işçi qrupu nəqliyyat və kommunikasiya əlaqələrinin açılması üçün danışıqlar aparırdı. Rusiya burada əsas nəqliyyat yoluna nəzarəti əlində saxlamağı çalışır. Ona görə də Rusiya XİN üçtərəfli Bəyannaməsini gündəmə gətirməsinin heç bir siyasi və hüquqi əsası yoxdur.

Məhəmməd Əsədullazadə

visiontv.az