Rusiya XİN rəhbəri Çinə səfər edəcək
13.04.2026

Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov aprelin 14-15-də Çində səfərdə olacaq.

Bu barədə Çin  Xarici İşlər  Nazirliyinin mətbuat katibi Quo Ciakun media brifinqində bildirib.

Çin xarici işlər naziri  Van İnin dəvəti əsasında baş tutacaq səfər zamanı  XİN rəhbərlərinin danışıqlarında ikitərəfli münasibətlərin inkişafı, müxtəlif sahələrdə əməkdaşlıq, ortaq maraq doğuran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılacaq.

visiontv.az