Rusiya Ukrayna, ABŞ, Böyük Britaniya və Fransaya nüvə zərbəsi endirə bilər
24.11.2024

Baydenin ABŞ istehsallı raketlərlə Rusiyanın ərazisinə zərbələrə icazə verməsindən sonra, Putin, Rusiyanın nüvə doktrinasında dəyişikliklərin edilməsini imzaladı.

Dəyişilmiş nüvə doktrinasında deyilir ki, nüvə silahına malik olmayan dövlət tərəfindən, amma nüvə silahına malik olan ölkələrin dəstəyi və ya iştirakı ilə, Rusiyaya qarşı aqressiya aktları(K.C:ərazisinə zərbələrin), həmin ölkələrin(həm nüvə silahına malik olmayan, həm də dəstək verən nüvə silahına malik olan dövlətlər) kollektiv hücumu kimi qiymətləndiriləcək və nüvə silahları ilə cavaba yol açacaq.

Başqa sözlərlə Rusiya nüvə doktrinasında nəzərdə tutulur ki, Ukrayna Qərb istehsallı raketlərlə Rusiya ərazisinə zərbələri davam etdirsə, Rusiya Ukrayna, ABŞ, Böyük Britaniya və Fransaya nüvə zərbəsi endirə bilər.

Bu, Putin tərəfindən atılan çox ciddi addımdır, ona görə ki, USQ Rusiya ərazisinə zərbələri davam etdirsə və Rusiya nüvə silahı ilə cavab verməsə, Rusiya üçün danışıqlar ərəfəsi çox ciddi nüfuz itkisi olacaq. Zərbə endirsə isə, gerçəkdən 3-cü dünya savaşı başlayacaq.

Kamran Cəfərov

visiontv.az