Yeni Zelandiya İrana sanksiyalar tətbiq etdi
03.12.2024

Yeni Zelandiya hökuməti bir neçə iranlı şəxs, təşkilat və şirkətə sanksiya tətbiq edib.

Bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters bildirib.

Yeni Zelandiya hökuməti onları Rusiyaya raket və dronların tədarükünə müdaxilə etməkdə ittiham edib.

Peters açıqlamasında 7 İranlı fiziki və 5 qurumun "Rusiyaya ballistik raket və pilotsuz təyyarələr tədarük etdiyi" üçün bu ölkənin sanksiya siyahısına salındığını açıqlayıb.

visiontv.az