Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır
28.03.2024

Ermənistan, Avropa İttifaqı və ABŞ arasında yüksək səviyyəli görüş Rusiyada narahatlıq doğurur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, aprelin 5-də gözlənilən Ermənistan-Aİ-ABŞ görüşü ilə bağlı Teleqram səhifəsində paylaşım edib. 

O bildirib ki, bu cür tədbirlər Rusiyada narahatlıq doğurur:

“Çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşı olmaqdır”.

visiontv.az