Rus Telegram kanalları Putinin noyabr ayında səfərbərlik elan edəcəyini yazırlar
16.09.2024

Qərarın artıq verildiyi deyilir.

Radikal addımın ABŞ seçkilərindən dərhal sonra atılacağı təxmin edilir.

Bunu təsdiqləyən əsas arqumentlər:

Ukrayna savaşında dialoq qurmaqda iddialı olan Trampın qalib gəlmə şansının əhəmiyyətli dərəcədə azalması;

Rusların mövcud qüvvələrlə Ukrayna ordusunu Kursk vilayətindən çıxara bilməməsi;

Rusiyanın bütün ehtiyat qüvvələrini Donbas cəbhəsində cəmləşdirərək imkanlarının tükənməsi;

Astronomik maaşlara baxmayaraq müqavilə ilə vuruşan “kontrakçı” əsgərlərin azalması…

Səfərbərliyin elan edilməsi Rusiyada xalq üsyanlarının çıxarılmasına rəvac verəcək. Kreml daxilində fikir ayrılığının və mümkün qırılmaların yaranması Rusiyanı xaosa sürükləyə biləcəkmi? Yaşayıb görəcəyik…

Bir mətn şəkili ola bilər

İbrahim Nəbioğlu

visiontv.az