Rəsmi Tehran Məsud Pezeşkianın COP29-da iştirak edəcəyini təsdiqləyib
05.11.2024

Rəsmi Tehran Məsud Pezeşkianın COP29-da iştirak edəcəyini təsdiqləyib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezident Aparatının ictimaiyyətlə əlaqələr üzrə direktoru Həbibullah Abbasi IRNA-ya bildirib.

Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian COP29-da iştirak etmək üçün gələn həftə Bakıya səfər edəcək.

Qeyd edək ki, İran Prezidentinin COP29-da iştirak edəcəyi barədə APA öz mənbələrinə istinadən xəbər yaymışdı.