Məlum olduğunu kimi Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavabda bildirilib.
Qeyd edilib ki, noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzərə alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək.
Visiontv.az