Rejim tərəfindən Ərdəbildə öldürülən iki şəxsin kimliyi müəyyən edilib
22.01.2026

Öldürülənlərdən biri 19 yaşlı Mobin Aslanidir. O, Ərdəbilin Şəriəti küçəsindəki etirazlar zamanı zabitlər tərəfindən güllələnib.

Digər şəxs Ərdəbildən olan 40 yaşlı Əli Şirməhəmmədi də şəhərin Sərçeşmə küçəsində güllələnib.

Məlumatlar göstərir ki, şəhərdəki etirazlarda onlarla insan ölüb, yüzlərlə insan yaralanıb. Lakin internet kəsintiləri səbəbindən İran rejiminin şəhərdə törətdiyi cinayətlərin miqyası barədə dəqiq məlumat yoxdur.

visiontv.az