Bunu ABŞ-nin maliyyə naziri Skot Bessent Davos İqtisadi Forumu çərçivəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Vaşinqtonun maksimum təzyiq siyasəti Tehranın maliyyə sistemini zəiflədib və ölkədə dərin iqtisadi böhran yaradıb.
ABŞ rəsmisi Donald Tramp administrasiyasının siyasətinin nəticəsi olaraq “Ayənde” Bankının iflasını nümunə göstərib.
Nazirin sözlərinə görə, bankın çöküşündən sonra İran Mərkəzi Bankı pul çap etməyə başlayıb, ölkədə ciddi dollar çatışmazlığı yaranıb.
“Bu, dövlət səviyyəsində iqtisadi fəlakətdir. ABŞ tərəfindən bir güllə belə atılmayıb, ancaq nəticə göz qabağındadır. Proseslər bizim üçün çox müsbət istiqamətdə gedir. Biz siyasətimizi bir dəfə də olsun atəş açmadan həyata keçirdik”, – deyə Bessent bildirib.
Qeyd edək ki, Bessent hələ ötən il sanksiyaların təsirini vurğulayaraq “əgər iranlı olsaydım, pulumu bankdan çıxarardım”, deyib.
visiontv.az