"Qızıl Qübbə"nin bir qismi Qrenlandiyada olacaq
22.01.2026

“Qızıl Qübbə” raketdən müdafiə sisteminin bir hissəsi Qrenlandiyada olacaq.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda “Fox News”a açıqlamasında deyib.

“Bütün raketlər Qrenlandiyanın üzərindən gələcək. Pis adamlar atəş açmağa başlasalar, Qrenlandiyanın üzərindən gələcək. Biz bu raketləri endirməliyik”, - Tramp bildirib.

O əlavə edib ki, ABŞ Qrenlandiyaya tam çıxış əldə etmək üçün danışıqlar aparır.

Qeyd edək ki, “Qızıl Qübbə” ABŞ-ın planlaşdırdığı çoxtəbəqəli raketdən müdafiə sistemidir.