Red sprite və ya Qırmızı Şimşək
09.11.2024

Bu şəkli çinli fotoqraf Wang Xin Şanxay şəhərində baş verən fırtına zamanı çəkmişdir.

Red sprite, nadir müşahidə olunan və yalnız güclü fırtınalar zamanı meydana gələn atmosfer hadisəsidir. Elektrik boşalmalarının təsiri ilə atmosferin yuxarı qatlarında, təxminən 50-90 kilometr hündürlükdə yaranır. Bu parıltılar əsasən qırmızı, bəzən isə mavi rəngdə olur və çox qısamüddətli parıltılar kimi görünür. Sprite-lər göy gurultusu buludlarının üstündə əmələ gəlir və yalnız xüsusi şəraitdə təsbit edilir. Yaranma səbəbi güclü fırtınalar zamanı yer ilə ionosfer arasında yaranan yüksək enerjili elektrik sahələridir. Bu boşalmalar atmosferdəki azot molekulları ilə qarşılıqlı təsirə girərək qırmızı rəngdə parlayır.

Neandartal

visiontv.az