Baltikyanı ölkələrin nazirlərindən dron təhlükəsi ilə bağlı Lyayenə məxfi məktub
23.09.2026

Baltikyanı dövlətlərin müdafiə nazirləri Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenə məxfi məktub göndəriblər.

Visiontv.az  xəbər verir ki, bu barədə Finlandiyanın "Iltalehti" nəşri özəl mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, sənəd bazar ertəsi günü  Avropa Komissiyasına təqdim edilib. Müraciəti  Estoniya, Latviya və Litvanın müdafiə idarələrinin rəhbərləri imzalayıblar.

Bildirilir ki, bu dövlətlər 2026-cı ildə pilotsuz uçuş aparatlarından (PUA) qorunmaq məqsədilə  Avropa İttifaqının onlara əlavə maliyyə vəsaiti ayıracağına ümid edirlər.

Nəşr vurğulayır ki, sözügedən məktub açıq mənbələrdə dərc edilməyib və bu cür məxfiliyin səbəbləri barədə heç bir açıqlama verilmir.

Bununla yanaşı, Ursula fon der Lyayenin həmin müraciəti artıq qəbul etdiyi bildirilir. Lakin mənbələr onun bu məktuba hər hansı bir cavab verib-vermədiyini dəqiqləşdirməyiblər.

visiontv.az