Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək vəzifə verdi
27.11.2019

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.

Visiontv.az unikal.org-a istinadən xəbər verir ki, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

Elton Məmmədov açıqlamasında xəbəri təsdiqləyib:

"Bəli, yeni vəzifəyə təyin olunmuşam.İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam."