“Qəzza fələstinlilərindir, əbədi olaraq da belə qalacaq”
Videonu Aç
04.12.2023

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Qəzza fələstinlilərindir, əbədi olaraq da belə qalacaq” dedi.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 39-cu Nazirlər Sessiyasının açılış mərasimində çıxış edib. 

Prezident Ərdoğan deyib:

“İsrailin Qəzzanı boşaltmaq siyasətinə qarşı çox açıq mövqe tutmalıyıq. Fərqli ambisiyalar güdən İsrail idarəçilərinə bu həqiqəti bir daha xatırlatmaq istərdim; Qəzza Fələstin ərazisidir. Qəzza fələstinlilərə məxsusdur. Əbədi olaraq da belə qalacaq.”

İlahə Əliyeva