İranın Suriyaya neft tədarükü dayanıb
22.12.2024

İran neftinin tədarükünün dayandırılmasından sonra Suriyanın ən böyük neft emalı zavodunun fəaliyyəti tamamilə dayanb.

Bu barədə Banias Neft Emalı Zavodunun baş direktoru İbrahim Müslim məlumat yayıb.

"Kompleksin sonuncu neft emalı cümə günü həyata keçirilib və emal etmək üçün neft qalmadığıma görə onun fəaliyyətinin dayandırılmasına məcbur olmuşuq",- o bildirib.

Gündəlik 90-100 min barel xam nefti emal etmək gücünə malik olan neft emalı zavoduna İran neftinin tədarükü son dəfə noyabr ayının sonunda olub.

Tehran hökuməti 2024-cü ildə Bəşər Əsəd hökumətinə orta hesabla gündəlik 56 min barrel xam neft verib.

Yalnız son 5 ildə İran Suriyaya 128 milyon barel neft verib və bu müddət ərzində İranın neft tədarükünün illik hesabatları və beynəlxalq neft qiymətlərinə əsasən, bu miqdarda neftin dəyəri təxminən 10,5 milyard dollar təşkil edib.

Qeyd edək ki, SEPAH-ın Suriyaya göndərdiyi neftin Dəməşq tərəfindən bu günə kimi ödənilməyən pullarının ümumi məbləği 30 milyard dollardır.

visiontv.az