Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə (Üşnü) rayonunun sərhəd bölgəsində silah-sursat aşkarlanaraq götürülüb.
Bu barədə yerli media yerli media məlumat yayıb.
Məlumata görə, aşkar edilən silah-sursatlar arasında 6 ədəd Kalaşnikov, 28 ədəd mağazin, 456 xarici patron, 77 nüfuz edən patron və 246 adi patron olub.
Rəsmi məlumatda həmin silah-sursatın "İsrailə bağlı separatçı və terrorçu qruplaşma"lara aid olduğu iddia edilib.
Saxlanılanların olub-olmadığı barədə açıqlama verilməyib.
visiontv.az