BMT rəsmisi Azərbaycana iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərə görə təşəkkür edib
09.09.2026

"BMT rəsmisi Azərbaycana iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərə görə təşəkkür edib".

Bunu UNFCCC-nin Proqram Koordinasiyası üzrə Baş Direktoru Danicle Violetti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimindəki çıxışında deyib.

O bildirib ki, Azərbaycanın BMT-nin iqlim prosesinə verdiyi töhfə həmişə vaxtında və mühüm əhəmiyyət daşıyıb: “Azərbaycanın COP29-a sədrliyi çərçivəsində iqlim maliyyələşdirilməsi üzrə yeni Kollektiv Maliyyələşdirmə Məqsədi qəbul edilib və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq karbon bazarları ilə bağlı qaydalar yekunlaşdırılıb. Bu, tərəflərə öz hədəflərinə daha səmərəli şəkildə nail olmaq imkanı yaradır və inkişaf etməkdə olan ölkələr üçün yeni maliyyə mənbələrinin açılmasına şərait yaradır”.

O qeyd edib ki, bundan sonra əsas vəzifə bu cür təşəbbüslərin həyata keçirilməsini sürətləndirmək, fəaliyyətə mane olan amilləri müəyyənləşdirmək və həmin maneələri aradan qaldırmaq üçün praktiki yollar tapmaqdır:

“Bunu hökumətlər təkbaşına həyata keçirə bilməz. Bu zalda təmsil olunan biznes, maliyyə sektoru, şəhərlər və vətəndaş cəmiyyəti mühüm tərəfdaşlardır".

visiontv.az