Qazaxıstan Prezidenti Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar təhlükəsizliyin gücləndirilməsi ilə bağlı göstəriş verib
22.11.2024

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar əsas hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlərin görülməsi” ilə bağlı göstəriş verib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali məlumat verib.

O qeyd edib ki, ölkədəki vəziyyət Prezidentin birbaşa nəzarətindədir.

Onun sözünə görə, müvafiq qurumlara strateji və infrastruktur obyektlərin mühafizəsizilə bağlı göstərişlər verilib.