İctimai fəal Yaşar Təbrizi (Əkbər Quluzadə) həbs edilib.
22.11.2024

Bu barədə insan haqları təşkilatları məlumat verib.

Məlumata görə, bundan əvvəl edilən çağırışa əsasən, Yaşar Təbrizi SEPAH-ın Təbrizdəki kəşfiyyat bölməsinə getdikdən sonra saxlanılıb.

Hara aparıldığı barədə məlumat verilməyən fəalın həyat yoldaşının mobil telefonu müsadirə olunub və məsələnin ictimailəşdirilməməsi üçün təhdid edilib.

Noyabrın 12-də təhlükəsizlik məmurları məhkəmə hökmü olmadan təbrizli fəalın evinə basqın edib, axtarış aparıb və onun şəxsi əşyalarını müsadirə edilər. 

Təhlükəsizlik məmurları bundan əvvəl 14 sentyabr 2023-cü ildə Yaşar Təbrizini Təbrizdə həbs edərək təhlükəsizlik idarəsinin istintaq təcridxanasına aparıblar.

Bir neçə gün dindirildikdən sonra Tehranın Evin həbsxanasının 204 saylı təhlükəsizlik bölməsinə köçürülən azərbaycanlı fəal 25 aprel 2024-cü ildə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

O, "hökumətə qarşı təbliğat"da günahlandırılıb və barəsində 1 il həbs qərarı çıxarılıb.

Yaşar Təbrizi dinc ictimai və mədəni fəalliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

visiontv.az