Prezidentin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın artan regional rolunun göstəricisidir
13.10.2025

Prezident İlham Əliyev Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak edir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də bildirib.

“Bu, Azərbaycanın artan regional rolunun və qlobal xarici siyasətdə “orta güc” (middle power) kimi mövqeyinin göstəricisidir. Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi üzrə bütün tərəflər üçün arzuolunan tərəfdaşdır”, - o vurğulayıb.

https://x.com/HikmetHajiyev/status/1977694736082170029?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1977694736082170029%7Ctwgr%5E1019a27c12297c4628aad8402b9dee2a2ef95edd%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fcdn.iframe.ly%2Fapi%2Fiframe%3Furl%3Dhttps3A2F2Fx.com2Fhikmethajiyev2Fstatus2F19776947360821700293Fs3D48key%3Dcb458833b4f90c3626f192ae4cff31e5v%3D1app%3D1