Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxış edəcək
04.05.2026

Bu gün İrəvanda Avropa Siyasi Birliyinin sammiti başlayır.

 Sammitin açılış sessiyasında  Azərbaycan Prezidenti İlham Əliyev video-çıxış edəcək.

Açılış sessiyasında  Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin də çıxışları nəzərdə tutulub.

visiontv.az